Qriqoryan: İrəvan Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi alıb
Xarici siyasət
- 21 fevral, 2024
- 11:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi alıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
Onun sözlərinə görə, sülh sazişi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq: “Hazırda bununla bağlı danışıqlar aparılır. Görüşün tarixi, yeri və formatı barədə dəqiq məlumat yoxdur”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub.
Son xəbərlər
17:56
Merts: "İstəklilər koalisiyası"nın sammiti noyabrın sonunadək Berlində keçiriləcək
Digər ölkələr
17:50
ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək
Digər ölkələr
17:47
Tramp Netanyahu ilə İsrailə hərbi yardımı dayandırmaq barədə razılaşdığını bəyan edib
Digər ölkələr
17:43
Fon der Lyayen: Hörmüzün bağlanması Avropaya əlavə 127 milyard avroya başa gəlib
Digər ölkələr
17:42
"Expressbank" Bərdədə 300 ağac əkib
Ekologiya
17:41
"Yelo Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
17:39
Tokayev Asel Janasovanı Qazaxıstanın nəqliyyat naziri təyin edib
Region
17:38
AQC: Bakıda daşınmaz əmlak qiymətləri illik müqayisədə əhəmiyyətli dərəcədə artıb
İnfrastruktur
17:37
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Xarici siyasət