Yuxarı
    Bağlamaq

    Qoşulmama Hərəkatı ölkələrinin növbəti sammiti Azərbaycanda keçiriləcək

    Hikmət Hacıyev: Həmçinin gələn il aprelin 3-6-da Bakıda təşkilata üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısı olacaq

    Bakı. 28 dekabr. REPORT.AZ/ Qoşulmama Hərəkatı ölkələrinin sammiti 2019-cu ildə Bakıda keçiriləcək.

    "Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, həmçinin gələn il aprelin 3-6-da Bakıda təşkilata üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısı olacaq.

    H.Hacıyev xatırladıb ki, 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi