Bakı. 10 dekabr. REPORT.AZ/ "Gürcüstanla sərhədlərin delimitasiya və demarkasiya məsələləri ilə bağlı müvafiq işlər aparılır". "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Gürcüstanla Azərbaycanın dövlət sərhəd xəttinin 490 km olduğunu deyən komitə sədri qeyd edib ki, bunun da təxminən 300 km-i komissiyalar səviyyəsində razılaşdırılıb.
Q.Məmmədovun sözlərinə görə, hazırda işçi qrupları səviyyəsində iş aparılır: “Diplomatik kanallarla Gürcüstanın bizi dəvət etməsini gözləyirik. Yalnız bundan sonra Gürcüstana gedib bu məsələni müzakirə edəcəyik”.