Qafarova və Kobaxidze Bakı və Tbilisi arasında strateji tərəfdaşlığı müzakirə edib
Xarici siyasət
- 11 mart, 2025
- 14:07
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova iki ölkə arasında strateji tərəfdaşlığı və birgə regional layihələri müzakirə ediblər.
“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Onlar iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin bu ilin yanvar ayında keçirilmiş iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclasının səmərəliliyi qeyd olunub.
Tərəflər Orta Dəhlizin səmərəli fəaliyyətinə dəstək məsələlərini müzakirə ediblər.
Cənubi Qafqaz regionunda sülh və sabitliyin önəmi vurğulanıb. Hökumət başçısı qeyd edib ki, Gürcüstan bundan sonra da regionda sülh və inkişafın təmin olunmasına töhfə verməyə hazırdır.
Son xəbərlər
22:17
Foto
Sahibə Qafarova: Sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaranıb
Xarici siyasət22:02
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
Region21:46
Ərdoğan: Cənubi Qafqazda sülhlə bağlı atılan addımlar bütün dünyaya örnək olmalıdır
Region21:37
Qaluzin Türkiyənin Rusiyadakı səfiri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Region21:22
Nəvaf Salam İsrail ilə Livan arasında atəşkəs elan olunmasını alqışlayıb
Digər ölkələr21:11
Ərdoğan: Diplomatiyanın yerini raket və bombalar tutub
Region21:07
Basketbol Liqasının pley-off mərhələsində "Neftçi" ikinci matçda qalib gəlib
Komanda21:02
Rövşən Nəcəf Aşqabadda konfransda iştirak edib
Energetika20:56