Bakı. 23 oktyabr. REPORT.AZ/ Qətərin Azərbaycana yeni səfiri təyin olunub.
"Report" "Gulf Times"a istinadən xəbər verir ki, Qətərin əmiri Şeyx Tamim bin Həməd əl-Taninin əmrinə əsasən, Qətərin Azərbaycandakı yeni səfiri vəzifəsinə Sayar Abdulrəhman Cassim əl-Mauda təyin olunub.
Qeyd edək ki, Qətərin əvvəlki səfiri Şeyx Məhəmməd bin Həməd əl-Tani bu vəzifədə 2008-ci ildən çalışırdı.