Yuxarı
    Bağlamaq

    Prezidentin köməkçisi: “Azərbaycan Afrikaya sərmayə qoyan ölkələr sırasına qatılmaq istəyir”

    “Afrikanın zəngin karbohidrogen ehtiyatlarının birgə işlənməsi və dünya bazarlarına çıxarılması istiqamətində fəaliyyət göstəririk”

    Bakı. 11 iyun. REPORT.AZ/ “Azərbaycan neft ölkəsidir və hazırda Avropanın, dünyanın enerji təhlükəsizliyində yaxından iştirak edən alternativ neft məkanı olaraq dünyada tanınmaqdadır. Biz Xəzər hövzəsinin alternativ enerji resurslarını Avropaya açdıq və hazırda Avropanın, dünyanın enerji təhlükəsizliyində əsas alternativ mənbə rolunda iştirak edirik”.

    “Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən mətbuat konfransında deyib.

    O əlavə edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) hazırda həm Avropanın enerji təhlükəsizliyində öz enerji resursları ilə iştirak edir, həm də Avropa bazarlarında əsas biznes strukturlarından biri kimi fəaliyyət göstərir: “SOCAR Afrika ölkələrinə də maraq göstərir. Afrikanın zəngin neft və qaz yatağı olan ölkələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı niyyət protokolları hazırlayır və bunu həyata keçirməyə cəhd göstərir. Yəni biz Afrikaya sərmayə qoyan ölkələr sırasına qatılmaq istəyirik. SOCAR vasitəsilə Afrikanın zəngin karbohidrogen ehtiyatlarının birgə işlənməsi və dünya bazarlarına, Avropa bazarlarına çıxarılması istiqamətində fəaliyyət göstəririk”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi