Yuxarı

Prezidenti İlham Əliyev Monteneqronun baş nazirini qəbul edib

O, əməkdaşlığın sərmayə qoyuluşu, enerji təhlükəsizliyi, biznes və digər sahələrdə inkişaf etdirilməsinin də mühüm əhəmiyyət daşıdığını deyib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Monteneqronun baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, Azərbaycan-Monteneqro ikitərəfli əlaqələrinin inkişafının razılıq doğurduğunu vurğulayan dövlət başçısı iki ölkə arasında yaxşı dostluq münasibətlərinin qurulduğunu deyib. Prezident İlham Əliyev Monteneqronun baş naziri Milo Cukanoviçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Əlaqələrin genişləndirilməsində tez-tez həyata keçirilən yüksək səviyyəli səfərlərin önəmini qeyd edən dövlət başçısı bu əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi və iqtisadi sahələrdə davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Prezident İlham Əliyev əməkdaşlığın sərmayə qoyuluşu, enerji təhlükəsizliyi, biznes və digər sahələrdə inkişaf etdirilməsinin də mühüm əhəmiyyət daşıdığını deyib.

Baş nazir Milo Cukanoviç Prezident İlham Əliyevin Monteneqro ilə əlaqələrə verdiyi önəmi ölkəsinə olan böyük dostluq münasibətinin ifadəsi kimi dəyərləndirib. İkitərəfli münasibətlərin səviyyəsindən razılığını bildirən baş nazir Milo Cukanoviç son illər ərzində əməkdaşlığın uğurla inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkə arasında enerji, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində əməkdaşlıq, nəqliyyat, infrastruktur, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi