Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə yola düşüb

Xarici siyasət
  • 10 mart, 2022
  • 05:38
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə yola düşüb
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yola düşüb.

"Report"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.