Prezident İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavinini qəbul edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavinini qəbul edib - ƏLAVƏ OLUNUB İki ölkə arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
19 Oktyabr , 2017 10:07
Prezident İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavinini qəbul edib - ƏLAVƏ OLUNUB

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

*** Stepan Kubiv Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarını dövlət başçısına çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi