Yuxarı

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Dövlət başçısı və xanımını Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gediblər.

“Report”un xəbərinə görə, İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi