Prezident İlham Əliyev Tacikistana səfərə gedib

Xarici siyasət
  • 27 sentyabr, 2018
  • 18:13
Prezident İlham Əliyev Tacikistana səfərə gedib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 27-də Tacikistan Respublikasına səfərə gəlib.

“Report” xəbər verir ki, Düşənbə şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi Tacikistanın Baş nazirinin müavini Azim İbroxim və digər rəsmi şəxslər qarşıladılar.