Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Səudiyyə Ərəbistanı Krallığının ölkədəki səfirliyində olub.
"Report"un məlumatına görə, Prezident İlham Əliyev iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.