Prezident İlham Əliyev Özbəkistan Prezidentinin dövlət müşavirini qəbul edib

Prezident İlham Əliyev Özbəkistan Prezidentinin dövlət müşavirini qəbul edib Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rustam Kamilovu qəbul edib.
Xarici siyasət
21 Dekabr , 2017 14:25
Prezident İlham Əliyev Özbəkistan Prezidentinin dövlət müşavirini qəbul edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rustam Kamilovu qəbul edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunduğuna görə minnətdarlığını ifadə edib. Dövlət başçısı “İslam Həmrəyliyi İli” çərçivəsində qardaş ölkədə də konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Dövlət müşaviri Rüstəm Kamilov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlət başçısına çatdırıb. Rüstəm Kamilov bildirib ki, xalqın tolerantlığı və sülhün qorunub saxlanmasına ölkələrimizin bir çox eyni yanaşması var. Tolerantlığın əhəmiyyətindən danışan qonaq insanların birgə yaşayaraq ölkənin inkişafı üçün çalışmalarının önəmini vurğulayıb. Rüstəm Kamilov İslam ənənələrinin dirçəlişinin, İslam irsinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin Özbəkistanda prioritet istiqamətlərdən biri olduğunu bildirib.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi