Prezident İlham Əliyev macarıstanlı həmkarına təbrik məktubu göndərib

Prezident İlham Əliyev macarıstanlı həmkarına təbrik məktubu göndərib "Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm"
Xarici siyasət
17 Mart , 2017 17:03
Prezident İlham Əliyev macarıstanlı həmkarına təbrik məktubu göndərib

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev macarıstanlı həmkarı Yanoş Aderə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

Macarıstanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Macarıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlığımızın dinamik və hərtərəfli inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi