Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb.
"Report" xəbər verir ki, Macarıstanın Baş Nazirini salamlayan Prezident İlham Əliyev deyib:
"Xoş gəlmisiniz, cənab Baş Nazir. Sizi Azərbaycanda görməyə çox şadam. Çox şadam ki, Siz sabah Sammitdə iştirak edəcəksiniz. Bu, həm də çox müsbət olan ikitərəfli gündəliyimizi müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Mən sizin ölkəyə səfərimi və bizim söhbətlərimizi, həmçinin
Macarıstanın Baş Naziri Viktor Orban deyib:
"Cənab Prezident, bizi burada qəbul etdiyiniz üçün çox sağ olun. Macarlar üçün həmişə sizin paytaxt şəhərinizə gəlmək və illər öncəyə təsadüf edən dostluğumuzu daha da gücləndirmək şərəfdir. Macarıstan on il bundan əvvəl ölkənin o qədər də yaxşı iqtisadi durumda olmadığı bir vaxtda sizin yardımınızı və bütün mənalarda göstərdiyiniz dəstəyi xatırlayır. Biz bunu yüksək qiymətləndiririk. Diplomatik əməkdaşlığımız çox yaxşıdır, biz bunu belə söyləyə bilərik. İndi isə hesab edirəm, növbəti mərhələ ondan ibarətdir ki, biz iki ölkə arasında olan iqtisadi əməkdaşlığı daha da artırmalıyıq. Bizim artıq burada yaxşı sərmayə qoyuluşlarımız, yaxşı əməkdaşlığımız var. Hesab edirəm ki, iqtisadi cəhətdən iki ölkə arasında əməkdaşlıq çox ümidvericidir. Bizi burada qəbul etməyinizi və Macarıstana münasibətdə xoşməramlı və xoşniyyətli olmağınızı yüksək qiymətləndiririk".
Prezident İlham Əliyev: Çox sağ olun.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üçün Macarıstanın göstərdiyi dəstək yüksək qiymətləndirildi, iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
***18:45
Azərbaycan Respublikasının Prezidenti
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.