Prezident İlham Əliyev Donald Trampa başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev Donald Trampa başsağlığı məktubu göndərib Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.
Xarici siyasət
148
29 Oktyabr , 2018 12:12
Prezident İlham Əliyev Donald Trampa başsağlığı məktubu göndərib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Son xəbərlər

Orphus sistemi