Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Davosda “Suez Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

    Görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib

    *** 12:18

    Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Suez Group” şirkətinin baş icraçı direktoru Jan Lui Şasod ilə görüşüb.

    “Report”un xəbərinə görə, görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.

    Fransa şirkətlərinin Azərbaycanda böyük layihələr həyata keçirdiyi, “Suez Group” şirkətinin də bu layihələrdə yaxından iştirak etdiyi və bir çox layihələrin uğurla icra olunduğu vurğulanıb.

    Söhbət zamanı “Suez Group” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi