Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşü olub.
"Report" xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunub,
Söhbət zamanı Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib.
Prezident İlham Əliyev ölkəmizdə reallaşdırılan bərpaolunan enerji layihələri barədə məlumat verib. Gələcəkdə turizm, nəqliyyat, kənd təsərrüfatı sahələrində də bərpaolunan enerjidən istifadənin mümkünlüyü bildirilib. Vurğulanıb ki, alternativ enerjinin Azərbaycanda böyük potensialı var.
22 yanvar, 23:03
Azərbaycan Respublikasının Prezidenti
“Report” xəbər verir ki, Azərbaycanın dövlət başçısı İsveçrə Konfederasiyasının Prezidenti ilə görüşüb.