Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşüb

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşüb Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb
Xarici siyasət
10 Sentyabr , 2017 13:28
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşüb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların indiki vəziyyəti və perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi