Bakı. 6 mart. REPORT.AZ/ "Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir, beynəlxalq təşkilatlarda, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində sıx əməkdaşlıq edir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti
Azərbaycan ilə Türkiyə arasında tərəfdaşlığın bu gün yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin üçtərəfli və dördtərəfli regional formatlarda da əməkdaşlığını vurğulayıb.
Dövlət başçısı Azərbaycan və Türkiyənin birgə səylərlə həyata keçirdiyi önəmli regional təşəbbüsləri, o cümlədən artıq istismara verilmiş TANAP, “STAR” neft emalı zavodu kimi irimiqyaslı layihələri qeyd edib.