Yuxarı

​Prezident İlham Əliyev AŞPA Monitorinq Komitəsinin həmməruzəçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın önəmi vurğulanıb

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

“Report” xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın önəmi vurğulanıb, bu əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi