Yuxarı

​Azərbaycan Prezidenti Anıtqəbiri ziyarət edib

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlib. “Report” “AzərTAc”a istinadən xəbər verir ki, dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib. Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi