Portuqaliyanın Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub

Xarici siyasət
  • 22 may, 2017
  • 11:05
Portuqaliyanın Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub

Bakı. 22 may. REPORT.AZ/ Portuqaliyanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariya Joao Lopeş Kardozonun diplomatik missiyasının müddəti başa çatır.

Bu barədə "Report"a nümayəndəlikdən bildiriblər.

Məlumata görə, o, Bakını iyun ayında tərk edəcək. Onun yerinə diplomat Jorje Fonseka təyin edilib.