Portuqaliyanın Azərbaycandakı diplomatik nümayəndəliyində dövlət bayrağı endirilib

Portuqaliyanın Azərbaycandakı diplomatik nümayəndəliyində dövlət bayrağı endirilib Sabiq prezidentin ölümü ilə əlaqədar olaraq Portuqaliyada yanvarın 9-dan 11-dək milli matəm günləri elan edilib
Xarici siyasət
9 Yanvar , 2017 11:54
Portuqaliyanın Azərbaycandakı diplomatik nümayəndəliyində dövlət bayrağı endirilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Portuqaliyanın keçmiş prezidenti Mario Soareşin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı diplomatik nümayəndəliyində dövlət bayrağı endirilib.

Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, məsələ ilə bağlı Portuqaliyada yanvarın 9-dan 11-dək milli matəm günləri elan edilib.

Xatırladaq ki, M.Soareş ölkəyə 1986-1996-cı illərdə rəhbərlik edib. Keçmiş prezident yanvarın 7-də 92 yaşında xəstəlikdən vəfat edib.

Son xəbərlər

Orphus sistemi