Politoloq: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çox vacib məsələdir”

Politoloq: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çox vacib məsələdir” “Delimitasiya və demarkasiya məsələləri çox vacib əhəmiyyət kəsb edir. Hamıya məlumdur ki, 2020-ci ilin noyabrında əldə edilmiş əsas razılaşmalar 2021-ci ilin yanvar ayında təsdiq edilib.
Xarici siyasət
28 May , 2022 12:47
Politoloq: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çox vacib məsələdir”
Qriqori Trofimçuk

“Delimitasiya və demarkasiya məsələləri çox vacib əhəmiyyət kəsb edir. Hamıya məlumdur ki, 2020-ci ilin noyabrında əldə edilmiş əsas razılaşmalar 2021-ci ilin yanvar ayında təsdiq edilib. Bu məsələlərin praktiki icrası ilə məşğul olmaq üçün yüksək səviyyəli müvafiq işçi qrup yaradılıb”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu rusiyalı politoloq Qriqori Trofimçuk bildirib.

O, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə yaradılmış komissiyanın operativ fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

“Azərbaycan rəhbərliyi sözü havaya demir və boş-boşuna gözləmək niyyətində deyil. Razılaşdırılmış müddəaları həyata keçirmək üçün müəyyən zaman çərçivəmiz var. Fikrimcə, daha geniş dairələri işə cəlb etmək lazımdır. Razılaşmaların icrasına töhfə verə biləcək ekspertləri dəvət etmək lazımdır”, - politoloq vurğulayıb.

Son xəbərlər

Orphus sistemi