Azərbaycan Səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş edib

Azərbaycan Səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş edib Azərbaycan Respublikasının Perudakı Səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə birgə Milad və Yeni il bayramlarını aztəminatlı ailələrin uşaqları ilə qeyd etmək üçün humanitar aksiyalar keçirib.
Xarici siyasət
11 Yanvar , 2025 05:33
Azərbaycan Səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş edib

Azərbaycan Respublikasının Perudakı Səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə birgə Milad və Yeni il bayramlarını aztəminatlı ailələrin uşaqları ilə qeyd etmək üçün humanitar aksiyalar keçirib.

Bu barədə “Report”a Səfirlikdən bildirib.

Təşəbbüs çərçivəsində Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Xose Xeri ilə birgə Peru paytaxtının Praderas de Villa el Salvador rayonunun Ollita Virgen ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına, həmçinin deputat, Rosangella Barbaranla birlikdə Villa El Salvador rayonunda yerləşən Peru - Valladolid 7237 Təhsil Müəssisəsindəki uşaqlara mərasim münasibətilə hədiyyələr təqdim edilib, bayram sevinci yaşadılıb.

Aksiyalar həmin regionların yerli hakimiyyəti və əhalisi tərəfindən alqışlanılıb, Azərbaycan hökumətinə minnətdarlıq bildirilib.

Son xəbərlər

Orphus sistemi