Yuxarı
    Bağlamaq

    Pedro Aqramunt: "Azərbaycan Avropa və Avropa Şurası ilə əlaqələrini yaxşılaşdıra biləcəyi dönüş mərhələsindədir"

    Səmimi və açıq müzakirələrə heyran qaldım

    Bakı. 2 mart. REPORT.AZ/ "Hesab edirəm ki, Azərbaycan Avropa və Avropa Şurası ilə əlaqələrini yaxşılaşdıra biləcəyi dönüş mərhələsindədir".

    "Report" xəbər verir ki, bunu AŞPA prezidenti Pedro Aqramunt Azərbaycana iki günlük rəsmi səfərinin yekunları əsasında deyib.

    AŞPA prezidenti səfər zamanı Azərbaycan Prezidenti, Milli Məclisin spikeri və xarici işlər naziri ilə görüşdüyünü qeyd edib.

    "Yüksək çinli məmurlarla hüququn aliliyi və insan hüquqları məsələlərində səmimi və açıq müzakirələrə heyran qaldım. Birbaşa ölkə rəhbərliyiylə QHT-lərə dair qanunvericiliyə edilmiş son dəyişikliklər baxımından vətəndaş cəmiyyətlərinin nümayəndələrinin qarşılaşdıqları problemlər, son parlament seçkiləri ilə bağlı məsələləri, Avropa Şurasının Venesiya Komissiyası ilə daha fəal əməkdaşlıq məsələsini müzakirə etdik", - P.Aqramuntun bəyanatında deyilir.

    AŞPA prezidenti səfər zamanı, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrasının müzakirə olduğunu qeyd edib:

    "Bu baxımdan məni əmin etdilər ki, Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Konvensiyanın səmərəli həyata keçirilməsi üzrə 52-ci maddəsi çərçivəsində Avropa Şurasının baş katibi ilə əməkdaşlıq edəcək və baş katibin nümayəndələrinin Azərbaycana səfərinin vaxtı təyin ediləcək. Bu, yaxşı başlanğıc nöqtəsidir və ümid edirəm ki, bunun sayəsində bu dosye üzrə tez bir zamanda irəliləyişə nail olarıq", - deyə P.Aqramunt bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi