Azərbaycanla sərhədin demarkasiyası Ermənistanın maraqlarına uyğundur.
“Report” “Nuys.am”a istinadən xəbər verir ki, bunu Ermənistanda hakim “Mülki Müqavilə” partiyasından olan deputat Arsen Torosyan deyib.
O bildirib ki, sərhədin demarkasiyası sülh prosesinin ən mühüm komponentlərindən biridir.
Qeyd edək ki, rəsmi İrəvan bundan əvvəl də demarkasiyaya hazır olduğunu bildirmişdi.