Pakistanın daxili işlər naziri Azərbaycana səfərə gələcək

Pakistanın daxili işlər naziri Azərbaycana səfərə gələcək Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin daxili işlər naziri İcaz Əhməd Şahla görüşüb.
Xarici siyasət
29 Avqust , 2019 12:43
Pakistanın daxili işlər naziri Azərbaycana səfərə gələcək

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin daxili işlər naziri İcaz Əhməd Şahla görüşüb.

“Report” Pakistan KİV-ə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasındakı əməkdaşlıq məsələlərini və Kəşmir ətrafındakı vəziyyəti müzakirə ediblər. 

Səfir Kəşmir məsələsində Azərbaycanın Pakistanı dəstəklədiyini qeyd edib.

Görüşün sonunda səfir naziri Azərbaycana səfərə dəvət edib və dəvət qəbul olunub.

Orphus sistemi