Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Pakistanın Peşavar vilayətində 2014-cü ilin 16 dekabr tarixində məktəbdə törədilmiş terror hücumları ilə əlaqədar ünvanlandığı başsağlığı məktubuna cavab olaraq Pakistanın baş nazirinin xarici işlər və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Sartaj Əziz təşəkkür məktubu göndərib.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məktubda Sartaj Əziz bu çətin zamanda qardaş Azərbaycanın göstərdiyi dəstək və həmrəyliyin məlum hadisələr zamanı həlak olanların ailələləri və Pakistan xalqı üçün güc və təsəlli mənbəyi olduğunu qeyd edib.
Məktubda terror aktı zamanı həlak olanların yaxınlarına və yaralananlara Azərbaycanın yardım təklifinin yüksək qiymətləndirildiyini deyən Sartaj Əziz hər iki xalqın ehtiyac duyulan anlarda bir-birinin yanında olduqlarına əminliyini ifadə edib.