Pakistan XİN başçısı: "İstanbul prosesi Əfqanıstanda sülh və rifaha nail olmaq üçün səmərəli dialoq vasitəsidir"

Pakistan XİN başçısı: "İstanbul prosesi Əfqanıstanda sülh və rifaha nail olmaq üçün səmərəli dialoq vasitəsidir" Bakı. 1 dekabr. REPORT.AZ/ Asiyanın qəlbi - İstanbul prosesi Əfqanıstanda sülh və rifaha nail olmaq üçün səmərəli dialoq vasitəsidir.
Xarici siyasət
1 Dekabr , 2017 12:12
Pakistan XİN başçısı: İstanbul prosesi Əfqanıstanda sülh və rifaha nail olmaq üçün səmərəli dialoq vasitəsidir
AP Photo/ Anjum Naveed

Bakı. 1 dekabr. REPORT.AZ/ "Asiyanın qəlbi" - İstanbul prosesi Əfqanıstanda sülh və rifaha nail olmaq üçün səmərəli dialoq vasitəsidir".

"Report" xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində deyib.

"Pakistan bu prosesə sadiqdir və Əfqanıstana hərtərəfli dəstək verməyə hazırdır", - nazir qeyd edib.

Onun sözlərinə görə, Əfqanıstanda narkotik trafiki və digər problemlər var və bu məsələlərin həlli üçün mühüm regional birgə səylər zəruridir.

"Sərhədlərin təhlükəsizliyinin təmin olunması, qaçqınların yaşayış yerlərinə qaytarılması da mühüm rol oynayır. Təhlükəsizlik və sülh məsələsində oxşar baxışlarımız Əfqanıstanın bərpasında mühüm rol oynayır", - nazir vurğulayıb.

Onun fikrincə, bölgənin rifahı üçün regional iqtisadi və ticarət əməkdaşlığı naminə dəmir yolu xətti kimi nəqliyyat infrastrukturunun yaradılması vacib məqamdır.

Son xəbərlər

Orphus sistemi