XİN: "The New-York Times"ın əməkdaşları Qarabağa Azərbaycan qanunlarına riayət etməklə gedib

XİN: "The New-York Times"ın əməkdaşları Qarabağa Azərbaycan qanunlarına riayət etməklə gedib "The New-York Times" tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycana məlumat verilib"
Xarici siyasət
2 Fevral , 2015 14:25
XİN: The New-York Timesın əməkdaşları Qarabağa Azərbaycan qanunlarına riayət etməklə gedib

Bakı. 2 fevral. REPORT.AZ/ "The New-York Times" qəzeti tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib, Azərbaycan ərazisinə daxil olmaq üçün "The New-York Times" əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və ölkə ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib". "Report"un məlumatına görə, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "The New-York Times" qəzetinin əməkdaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edərkən deyib.

O qeyd edib ki, "The New-York Times" qəzetinin əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycan qanunlarına riayət etməklə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə səfər edilib.

Xatırladaq ki, "The New-York Times" qəzetinin əməkdaşları bu yaxınlarda Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək oradan məqalələr hazırlayıblar. 

Son xəbərlər

Orphus sistemi