Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Qardaş Azərbaycanın bundan sonra da dinamik inkişaf etməsini, həmçinin xalqınızın Sizin rəhbərliyinizlə bütün məqsədlərinə çatmasını diləyir və ən səmimi arzularımı bildirirəm.
Əminəm ki, xalqlarımız arasında əsrlər boyu davam edən ənənəvi dostluq və əməkdaşlıq bundan sonra da hərtərəfli möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".