Nursultan Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı verib

Nursultan Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı verib Bakı. 2 mart. REPORT.AZ/ Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.
Xarici siyasət
2 Mart , 2018 17:09
Nursultan Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı verib
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev / kazembassy.lt

Bakı. 2 mart. REPORT.AZ/ Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.

"Report"un məlumatına görə, mətndə deyilir: 

"Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin hüznlə qarşıladım. Qardaş Azərbaycan xalqının dərdinə şərik olduğumu bildirir, həlak olanların doğmalarına və yaxınlarına öz adımdan və Qazaxıstan xalqı adından başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Qeyd edək ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Nəticədə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb. Yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verdiyi ehtimal olunub.

Son xəbərlər

Orphus sistemi