Novruz Məmmədov amerikalı konqresmeni tənqid edib

Novruz Məmmədov amerikalı konqresmeni tənqid edib "Robert Dold Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi adlandırıb"
Xarici siyasət
9 Oktyabr , 2014 17:02
Novruz Məmmədov amerikalı konqresmeni tənqid edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ABŞ Konqresinin üzvü, respublikaçı Robert Doldu ermənipərəst mövqeyinə görə tənqid edib. 

"Report" xəbər verir ki, N.Məmmədov öz Tvitter səhifəsində yazıb ki, Robert Dold İllinoys ştatından Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edib. 

Xatırladaq ki, Amerika Erməni Milli Konqresi bir müddət əvvəl Konqresə İllinoys ştatından yenidən seçilmək niyyətində olan R.Doldun namizədliyini dəstəklədiyini bildirib. Respublikaçı Dold həm də  ABŞ Konqresi Nümayəndələr Palatasının erməni məsələləri ilə bağlı qrupun sədr müavinidir. 

Son xəbərlər

Orphus sistemi