Bakı. 29 aprel. REPORT.AZ/ "I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı elə bir hücum və kütləvi təzyiq mexanizmi başlayıb ki, biz bunu təsəvvür belə edə bilmirdik". "Report" xəbər verir ki, bunu 3-cü Qlobal Baku Forumunun "
O qeyd edib ki, 2012-ci ildə Azərbaycanda "Eurovision" mahnı festivalı keçirilib və həmin dövrdə də rəsmi Bakı xarici təzyiqlərə məruz qalıb: ""Eurovision" ərəfəsində də bizə edilən hücumların nə dərəcədə olduğunu bilirsinizmi? Biz təəccüblənirik. Bəlkə bu hadisə xatirinə bir az fasilə verərlər, amma belə olmadı.
Qədim Yunanıstanda belə bir qayda vardı: Olimpiada olan zaman bütün düşmənçiliklərə fasilə verərdilər, sülhə çağırış edərdilər. Əslində, Beynəxlalq Olimpiya Komitəsi müdrik addım ataraq ilk Avropa Oyunlarının təşkil edilməsini Azərbaycana təklif etdi. Çünki başqa alternativi yox idi. Ancaq bu ərəfədə bizə qarşı elə bir hücum, elə bir kütləvi təzyiq mexanizmi başlayıb ki, biz bunu təsəvvür edə bilmirdik. Bəlkə Olimpiya Oyunlarının keçirilməsinə imkan verib sonra başlayaydılar? İnanın, bu gün biz bildiklərimizin hamısını sizə desək, siz təəccüblənərsiniz".
N.Məmmədov deyib ki, Azərbaycan müsəlman aləminin bir hissəsi olan, eyni zamanda Qərb dünyasında nümunəvi, model ola bilən dövlətdir: "Yerləşdiyi geosiyasi mövqedə bu elə də asan iş deyil. Amma Azərbaycan rəhbərliyi bunun üçün hər şeyi edir. Bu gün ABŞ-da Baltimorda baş verənlər orada vəziyyətin əla olmasından xəbər vermir. Azərbaycanda da müəyyən nöqsanlar var. Amma biz hər gün, hər an Azərbaycanı təzyiq altında saxlamaq iddiasını görürük. Bura mətbuat,
N.Məmmədovun fikrincə, bu gün beynəxlalq münasibətlərdə ən böyük problem, ən böyük böhran ədalət böhranıdır. Ədalət yoxdur: "Ədalətin olmaması indiki vəziyyətə gətirib. İndiki vəziyyət nə Qərb və Avropa üçün yaxşıdır, nə də bizim üçün. 21-ci əsrin insan təfəkkürünün, intellektinin bu cür inkişaf etdiyi dövrdə tamam başqa bir situasiya yaranmalıydı. Amma bunu tam əksini görürük. Nə üçün belə olmalıydı? Nə üçün bura gəlib çıxmalıydı?"