Novruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edib
Xarici siyasət
- 12 sentyabr, 2019
- 08:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Baş Naziri Novruz Məmmədov gürcüstanlı həmkarını təbrik edib.
Nazirlər Kabientindən "Report"a verilən məlumata görə, N.Məmmədov Gürcüstanın Baş Naziri vəzifəsində fəaliyyətə başlaması ilə əlaqədar Giorgi Qaxariyaya təbrik məktubu ünvanlayıb.
Qeyd edək ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze sentyabrın 2-də istefa verib. Bundan sonra hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası hökumət başçısı vəzifəsinə daxili işlər naziri Giorgi Qaxariyanın namizədliyini irəli sürüb. Sentyabrın 3-də Gürcüstan parlamenti G.Qaxariyanın namizədliyini təsdiqləyib.
Sentyabrın 9-da isə Gürcüstan Prezidenti Salome Zurabişvili G.Qaxariyanın baş nazir vəzifəsinə təyin olunması barədə fərman imzalayıb.
Son xəbərlər
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media
20:54
Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir
Digər ölkələr
20:35
Foto
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Fərdi
20:31
Paraqvay prezidenti "Ueno Bank"ın iflasından sonra istefa verib
Digər ölkələr
20:28
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Region
20:06
"Xocavənd" komandası "Zəfər naminə - Birlik Kuboku" futbol turnirinin qalibi olub
Futbol