Yuxarı
    Bağlamaq

    ​Novruz Məmmədov: “Gördünüz, CNN-in Amanpuru necə “ədalətli və dahi” jurnalistdir?”

    “İndi başlayacaqlar Emin Hüseynovu qəhrəman etməyə”

    Bakı. 24 iyun. REPORT.AZ/ “Gördünüz, CNN-in Amanpuru necə “ədalətli və dahi” jurnalistdir? Son illərdə Azərbaycanla bağlı ən böyük hadisəni dünya ictimaiyyətinə təqdim etmək şansı qazandı. Nəhayət həsrətlə gözlədiyi Emin Hüseynov adlı birisini tapıb onunla söhbətə düz 10 dəqiqə həsr etdi”.

    “Report”un xəbərinə görə bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “twitter” hesabında yazıb.

    “CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə bu oldu. İndi başlayacaqlar Emin Hüseynovu qəhrəman etməyə. Amanpura isə Nobel mükafatı düşür”, - N.Məmmədov ironiya ilə bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi