Norveçin Azərbaycandakı səfirliyində parlament seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq

Norveçin Azərbaycandakı səfirliyində parlament seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq Seçki məntəqəsi iyulun 1-dən sentyabrın 1-dək saat 09:00-dan 16:00-dək açıq olacaq
Xarici siyasət
30 İyun , 2017 11:21
Norveçin Azərbaycandakı səfirliyində parlament seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq

Bakı. 30 iyun. REPORT.AZ/ Norveçin Azərbaycandakı səfirliyində bu ölkədə bu il sentyabrın 11-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq.

"Report" xəbər verir ki, səsvermədə müvəqqəti və ya daimi əsasda Azərbaycanda yaşayan Norveç vətəndaşları iştirak edə bilər.

Seçki məntəqəsi iyulun 1-dən sentyabrın 1-dək saat 09:00-dan 16:00-dək açıq olacaq.

Son xəbərlər

Orphus sistemi