Səudiyyə Ərəbistanının Kralı və Niderland Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Səudiyyə Ərəbistanının Kralı və Niderland Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb “Azərbaycan xalqına ən xoş firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram”
Xarici siyasət
23 May , 2017 17:41
Səudiyyə Ərəbistanının Kralı və Niderland Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. 23 may. REPORT.AZ/ İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi,

Səudiyyə Ərəbistanının Kralı”

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi və Azərbaycan xalqına ən xoş firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram”.