"New York Times": Donald Tramp ABŞ-ın bütün səfirlərini geri çağıracaq

"New York Times": Donald Tramp ABŞ-ın bütün səfirlərini geri çağıracaq Bu, diplomatlara ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilmədiyi ilk haldır
Xarici siyasət
151
6 Yanvar , 2017 10:06
New York Times: Donald Tramp ABŞ-ın bütün səfirlərini geri çağıracaq

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid qərargahı yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər ABŞ-ın xarici ölkələrdəki bütün səfirlərinin geri çağrılması barədə sərəncam imzalayıb.

Bu barədə "Report" "New York Times"a istinadən xəbər verir.

Nəşr qeyd edib ki, bu, diplomatlara ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilmədiyi ilk haldır.

Sərəncamda, həmçinin bu sənədin istinasız olaraq bütün səfirlərə şamil edildiyi vurğulanıb. Hərçənd əvvəllər xüsusən məktəb yaşlı uşaqları olanlara müəyyən güzəşt edilib, onların tədris ilini başa vurması gözlənilib.

Son xəbərlər

Orphus sistemi