Netanyahu Azərbaycanla sıx əlaqələrin qurulmasından danışıb

Netanyahu Azərbaycanla sıx əlaqələrin qurulmasından danışıb İsrailin baş naziri yəhudilərin Yeni ili münasibəti ilə rəsmi qəbul keçirib
Xarici siyasət
7 Sentyabr , 2017 02:10
Netanyahu Azərbaycanla sıx əlaqələrin qurulmasından danışıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanla sıx əlaqələrin qurulmasından danışıb.

"Report" İsrail mətbuatına istinadən xəbər verir ki, o, ikitərəfli əlaqələrə yəhudilərin yeni il bayramı sayılan Roş-a-Şana münasibəti ilə ölkənin Xarici İşlər Nazirliyində keçirilən bayram tədbirində toxunub.

Bayram qəbulu Netanyahunun Mərkəzi və Cənubi Amerikaya gözlənilən səfəri ilə əlaqədar olaraq Roş-a-Şana iki həftə qalmış keçirilib.

Baş nazir çıxışı zamanı İsrailin Afrika ilə əlaqələrinin bərpa olunduğunu, Çin, Hindistan və Yaponiya, həmçinin müsəlman ölkəsi olan Azərbaycan və Qazaxıstanla sıx əlaqələrin qurulduğunu bildirib.

"Əvvəllər Çin ilə real əlaqə yox idi və eyni əhəmiyyətə malik Hindistan və Yaponiya ilə də, müsəlman ölkələri - Azərbaycan və Qazaxıstan da bu qəbildəndir. Bu, son iki ildə dəyişib", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi