Nazir müavini: "Qarşıdakı 1-2 ildə Azərbaycanın ÜTT-yə üzv olacağına inanmıram"

Xarici siyasət
  • 12 dekabr, 2017
  • 08:00
Nazir müavini: Qarşıdakı 1-2 ildə Azərbaycanın ÜTT-yə üzv olacağına inanmıram
Report

Bakı. 12 dekabr. REPORT.AZ/ "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü məsələsi hələ də aktualdır". 

"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təşkilata üzvlük prosesi bir neçə il uzana bilər: "İnanmıram ki, qarşıdakı 1-2 ildə bu məsələ həll olunsun".