Yuxarı

Nazir: Azərbaycan hökuməti yerli özünüidarəetmə orqanlarının gücləndirilməsinə böyük əhəmiyyət verir

Azərbaycanın ədliyyə naziri yerli və regional hökumət orqanları Konqresinin sessiyasında çıxış edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Azərbaycan hökuməti yerli özünüidarəetmə orqanlarının gücləndirilməsinə böyük əhəmiyyət verir, bu sahədə qanunvericilik ildən-ilə yaxşılaşır". "Report" xəbər verir ki, bu barədə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası yerli və regional hökumət orqanları Konqresinin sessiyasında çıxışı zaman bildirib. 

Nazir həmçinin yerli özünüidarəetmə orqanlarına seçkilərdə gənclərin müsbət tendensiyasını vurğulayıb, xüsusilə son seçkilərdə həmin göstərici 30% təşkil edib. 

Çıxışı zamanı F.Məmmədov bildirib ki, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının işğalı davam edir. Bu səbəbdən həmin ərazilərdə yerli özünüidarəetməni təşkil etmək mümkün deyil, bu da qaçqın və köçkün vəziyyətinə düşən təxminən bir milyon azərbaycanlıların hüquqlarını pozur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi