NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib Uelsdə NATO sammitinin yekun sənədi qəbul edilib
Xarici siyasət
5 Sentyabr , 2014 22:00
NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Bakı. 5 sentyabr. REPORT. AZ/ NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Report-un verdiyi xəbərə görə, bu barədə Uelsdə (Böyük Britaniya) NATO sammitinin yekunları üzrə qəbul edilmiş yekun bəyanatında deyilir. Sənədi Alyansın üzv ölkələrinin, eləcə də təşkilatın tərəfdaş ölkələrinin rəhbərləri imzalayıblar. 

Bəyanatda Rusiyanın Krım və Şərqi Ukraynanı qanunsuz işğal etməsi faktı da qeyd olunub. Qeyd olunur ki, "müttəfiqlər öz tərəfdaşlarının xarici təzyiq və məcburiyyət olmadan xarici siyasət və təhlükəsizlik üzrə müstəqil və suveren seçimlərini qəbul etmək hüququnu dəstəkləməkdə davam edəcəklər".

"Müttəfiqlər həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir" - deyə, sənəddə qeyd olunub. 

Xatırladaq ki, Çikaqoda keçirilən sammit çərçivəsində də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 

Son xəbərlər

Orphus sistemi