Natiq Əliyev Qırğızıstan səfirinə başsağlığı verib

Natiq Əliyev Qırğızıstan səfirinə başsağlığı verib Nazir səfirlikdəki xatirə kitabına ürək sözlərini yazıb
Xarici siyasət
30 Avqust , 2016 18:37
Natiq Əliyev Qırğızıstan səfirinə başsağlığı verib

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın energetika naziri Natiq Əliyev Moskva şəhərində baş vermiş yanğın nəticəsində Qırğızıstan vətəndaşlarının həlak olması ilə əlaqədar Azərbaycan hökuməti adından başsağlığı vermək üçün Qırğızıstan səfirliyinə baş çəkib.

"Report" xəbər verir ki, nazir Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranova başsağlığı verib, faciə qurbanları üçün açılmış xatirə kitabına ürək sözlərini yazıb.

N.Əliyev Moskvada Qırğızıstan vətəndaşlarının həlak olması xəbərindən dərindən sarsıldığını qeyd edib.

"Biz dost ölkə, qardaş xalqıq. Onların sevinci bizim sevincimiz, kədərləri bizim kədərdir. Ona görə Azərbaycan hökuməti adından, öz adımdan bütün Qırğızıstan xalqına, yanğın nəticəsində həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verirəm. İnanıram ki, qırğız xalqı daha da birləşəcək, bütün çətinliklərin öhdəsindən gələcək. Bütün qırğız xalqına can sağlığı, uğurlar arzulayıram", - deyə, N.Əliyev bildirib.

Xatırladaq ki, avqustun 27-də Moskvada mətbəənin anbarında baş verən yanğında Qırğızıstan vətəndaşı olan 17 qadın tüstüdən boğularaq ölüb.

Son xəbərlər

Orphus sistemi