Mustafa Şentop: "Füzuli şəhəri yoxdur, hər yer xarabalığa çevrilib"

Mustafa Şentop: "Füzuli şəhəri yoxdur, hər yer xarabalığa çevrilib" “Mən ilk dəfə Şuşa və Füzuliyə gedəndə oralarla bağlı nələrisə bildiyimi düşünürdüm. Şuşadan qayıdanda bir yerdə dayandıq. Orada sual etdim ki, Füzuli haradadır? Dedilər ki, bura Füzulidir”.
Xarici siyasət
2 İyun , 2022 12:01
Mustafa Şentop: Füzuli şəhəri yoxdur, hər yer xarabalığa çevrilib
Mustafa Şentop

“Mən ilk dəfə Şuşa və Füzuliyə gedəndə oralarla bağlı nələrisə bildiyimi düşünürdüm. Şuşadan qayıdanda bir yerdə dayandıq. Orada sual etdim ki, Füzuli haradadır? Dedilər ki, bura Füzulidir”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib.

“Gördüm ki, orada bir şəhər yoxdur, hər yer xarabalığa çevrilib. Bunu edənlərin nə qədər mədəniyyət düşməni, qəddar olduğunu göstərmək lazımdır”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi