Mustafa Şentop: "Fevralın 26-da baş verənlər tarixin qara ləkəsi olaraq anılır"

Mustafa Şentop: "Fevralın 26-da baş verənlər tarixin qara ləkəsi olaraq anılır" Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımı ilə əlaqədar paylaşım edib
Xarici siyasət
26 Fevral , 2022 13:13
Mustafa Şentop: Fevralın 26-da baş verənlər tarixin qara ləkəsi olaraq anılır
Mustafa Şentop

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımı ilə əlaqədar paylaşım edib.

“Report” xəbər verir ki, parlament spikeri tviterdə yazıb:

“26 fevral 1992-ci ildə baş verən və “Tarixin qara ləkəsi” olaraq anılan Xocalı qətliamında həyatını itirən qardaş-bacılarımızı hörmət və ehtiramla yad edirəm. 613 nəfəri unutmadıq, unutdurmayacağıq! “Əlbət, bir gün Azərbaycan bayrağını Qarabağa asacağıq” demişdik. Həmd olsun ki, asdıq”.

Son xəbərlər

Orphus sistemi