Mustafa Haşim Polad: “Çanaqqala qələbəsi təkcə Türkiyənin deyil, həm də Azərbaycanın qələbəsidir”

Mustafa Haşim Polad: “Çanaqqala qələbəsi təkcə Türkiyənin deyil, həm də Azərbaycanın qələbəsidir” QHT-lərə Dövlət Dəstəyi Şurası ilə TİKA arasında memorandum imzalanıb
Xarici siyasət
22 Aprel , 2015 16:27
Mustafa Haşim Polad: “Çanaqqala qələbəsi təkcə Türkiyənin deyil, həm də Azərbaycanın qələbəsidir”

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında birgə əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi keçirilib.

“Report”un məlumatına görə, Şuranın sədri Azay Quliyev çıxış edərək deyib ki, bu memorandum Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha inkişaf edirəcək: “Şura Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi əməkdaşlıq edir, sonradan qərara gəldik ki, bir memorandum imzalansın. Yəni bu əməkdaşlığa hüquqi forma verdik. Bu sənəd hər iki xalqın mənafelərinə cavab verəcək”.

A.Quliyev əlavə edib ki, memorandumda hər iki qurumun təmsil etdikləri ölkələrin milli maraqlarının müdafiəsi, QHT sektorunun inkişaf etdirilməsi, sosial, siyasi, elmi, texniki mövzularda informasiya mübadiləsi, təlim proqramlarının təşkili, təcrübə mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutulur.

Onun sözlərinə görə, imzalanma mərasimini bu tarixə salmaqda məqsəd Çanaqqla zəfəri ilə əlaqədardır: “Biz Türkiyənin yanında olduğumuzu bəyan edirik. Avropa Parlamentinin Türkiyə ilə bağlı qondarma soyqırımı qətnaməsi qəbul etməsini pisləyirik. Onlar qondarma soyqırımı ilə bağlı qətnamə qəbul edib Türkiyəni suçlayırlar, qisas almaq istəyirlər. Bütün bunlar əbəsdir. Hesab edirəm ki, Çanaqqalada Türkiyəni məğlub edə bilməyiblərsə, indi də edə bilməyəcəklər. Bildiyiniz kimi, 24 apreldə Çalaqqala zəfəri qeyd olunacaq. Türk Dünyası bu zəfəri şövqlə qeyd edəcək. Azərbaycan həmişə Türkiyəyə yaxın olub. Bu baxımdan Türkiyəni qardaş dövlət hesab edirik. Bilirik ki, Türkiyəyə Azərbaycandan yaxın dövlət yoxdur. QHT Şurası da Türkiyə ilə əlaqələrə böyük önəm verir. Bu istiqamətdə işlər görürük”.

TİKA-nın Bakı ofisinin rəhbəri Mustafa Haşim Polad da iki ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, memorandum bu əməkdaşlığı daha da inkişaf etdirəcək.

Çanaqqala zəfərinə toxunan M.Polad vurğulayıb ki, Çanaqqala qələbəsi təkcə Türkiyənin deyil, həm də Azərbaycanın qələbəsidir: “Həmin vaxt 3 minə yaxın Azərbaycan əsgəri döyüşüb. Bu, Azərbaycanın Türkiyəyə mənəvi dəstəyi idi. Türkiyə ilə Azərbaycan daim birlikdə addımlayıb”.

Sonda Azərbaycanın Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı ofisinin rəhbəri Mustafa Haşim Polad memorandumu imzalayıblar.

Son xəbərlər

Orphus sistemi