Haluk Bayraktara müdafiə sənayesi üzrə fəaliyyətə başlaması üçün xüsusi lisenziya verilib

Haluk Bayraktara müdafiə sənayesi üzrə fəaliyyətə başlaması üçün xüsusi lisenziya verilib Müdafiə sənayesi naziri Vüqar Mustafayev Haluk Bayraktar ilə görüşüb.
Xarici siyasət
13 mart 2025 17:36
Haluk Bayraktara müdafiə sənayesi üzrə fəaliyyətə başlaması üçün  xüsusi lisenziya verilib

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, nazir şirkət rəhbərini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, ölkələr arasında digər sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişaf etdirilməsi baxımından “Baykar” şirkəti ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda V. Mustafayev “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin Azərbaycanda müdafiə sənayesi sahəsində fəaliyyətə başlaması üçün xüsusi lisenziyanı H.Bayraktara təqdim edib.

Son xəbərlər

Orphus sistemi